““Azərişıq” vətəndaşları incidir, şikayətlərin ardı-arası kəsilmir”

““Azərişıq” vətəndaşları incidir, şikayətlərin ardı-arası kəsilmir” 

“Son günlər “Azərişıq” ASC-nin sms tipli sayğacları ilə bağlı şikayətlər kəskin artıb.

 Ümumiyyətlə, ölkədə, sanki hansısa əl suni narazılıq ocaqları yaratmaq və vətəndaşları dövlətə qarşı qaldırmaq xətti seçib. Smart tipli işıq sayğacları ilə bağlı ortaya çıxan ciddi narahatlıq və narazılıq var. Görəsən “Azərişıq” ASC nə etmək istəyir? Ötən gün qazilər haqlı olaraq narazılıqlarını bildirdilər, biz daha çox bu problemlərin həllinə köklənməliyik. 

Amma nə baş verir? “Azərişıq” da bir tərəfdən vətəndaşları incidir, şikayətlərin ardı-arası kəsilmir. Hər dəfə də açıqlama yayırlar ki, kimin şikayəti varsa, rəsmi müraciət etsin, araşdırılsın. Niyə vətəndaşın vaxtı hədər getməlidir? Narazılığı bir-iki nəfər etmir ki... ASC-nin rəhbərliyi xidmət göstərə bilmirsə, başqa işlə məşğul olsun, daha peşəkar kadrlar var, gəlsinlər, idarə etsinlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

A.Həmidli bildirib ki, vətəndaşlar ödəniş etsələr də, ödənişin istifadə edilmədən batma halları müşahidə olunur: “Bu isə o deməkdir ki, sayğaclar istifadəyə yoxlanılmadan, sınaqdan keçirilmədən verilib. Bu da heç şübhəsiz ki, cinayət məsuliyyəti yaradan haldır. Heç kimə, heç bir orqana vətəndaşların cibinə girmək səlahiyyəti verməyib! Hesab edirəm ki, vətəndaşların incidilməsinə yönəlik bu kimi hallar dərhal aradan qaldırılmalı, paralel olaraq isə “Azərişıq” ASC-nin fəaliyyətində aidiyyatı qurumlar yoxlamalara başlamalıdırlar. Düşünürəm ki, istifadəyə yararsız sayğacların ölkəyə gətirilməsi həm də dövlət büdcəsinin səmərəsiz istifadəsi və talanması deməkdir…”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi