"Azərkontrakt" ASC-nin 18 əməkdaşı YAP sıralarına qəbul olunub

"Azərkontrakt" ASC-nin 18 əməkdaşı YAP sıralarına qəbul olunub - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayonu, “Üzeyir Hacıbəyli küçəsi, 62” (“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti) ünvanı ərazi partiya təşkilatının cari məsələlərlə bağlı iclası olub.

Faktinfo.az xəbər verir ki, "Azərkontrakt" ASC-nin İdarə heyətinin sədr müavini Güləddin Dadaşov iclası giriş sözü ilə açaraq iştirakçıları salamlamış və çıxış üçün sözü iclasda iştirak edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon  təşkilatının  sədri Azər Süleymanova verib.

 A.Süleymanov 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə yaradılan YAP-ın misilsiz xidmətlərini, keçdiyi şərəfli yolun qeyd edib, bu  gün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu partiyanın güclü siyasi təşkilat kimi cəmiyyətdə böyük nüfuza malik olduğunu vurğulayıb və YAP-ın ölkəmizin inkişafı proseslərində daim ön sırada olaraq fəal iştirakını qeyd edib.

İclasda Güləddin Dadaşov “Azərkontrakt” ASC-nin fəaliyyətinin YAP prinsiplərinə uyğun qurulduğunu  diqqətə çatdırıb. Qeyd olunub ki, Cəmiyyətin 18 əməkdaşı YAP sıralarına daxil olmaq üçün müraciət edib və onların arasında gənclər üstünlük təşkil edir.  

Çıxışlardan sonra səsvermə keçirilib və Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 62 (“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti) ərazi ilk partiya təşkilatının sədri və sədr müavini seçilib, partiyaya üzv olmaq istəyən 18 əməkdaşın ərizələri qəbul edilib.

Çıxışlardan sonra səsvermə keçirilib və “Üzeyir Hacıbəyli küçəsi 62” ərazi partiya təşkilatının sədri “Azərkontrakt” ASC-nin İdarə heyətinin sədr müavini Güləddin Dadaşov, Qurumun insan resursları və işinin təşkili şöbəsinin müdir müavini Südabə Cəfərova isə sədr müavini  seçilib.

 İclasın sonunda ərazi ilk partiya təşkilatının sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.

YAP-a üzv olmaq üçün müraciət etmiş gənclərdən Rəşad Vahidov gənclər adından YAP-ın fəaliyyətini, Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəklədiklərini qeyd edib,YAP-a üzv olmağın onlar üçün böyük fəxr olduğunu və bu adı şərəflə daşıyacaqlarını bildirib.

Faktinfo.az

"Azərkontrakt" ASC-nin 18 əməkdaşı YAP sıralarına qəbul olunub"Azərkontrakt" ASC-nin 18 əməkdaşı YAP sıralarına qəbul olunub"Azərkontrakt" ASC-nin 18 əməkdaşı YAP sıralarına qəbul olunub"Azərkontrakt" ASC-nin 18 əməkdaşı YAP sıralarına qəbul olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər