Bahalaşma dalğası gəlir: - “Yeganə çıxış yolu...”

Bahalaşma dalğası gəlir: - “Yeganə çıxış yolu...” 

2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatına əsasən, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, 2020-ci ilin iyul ayına nisbətən 6 faiz artıb.

Bu artımın səbəbi nədir və ölkəmizdəki bahalaşma nə qədər davam edəcək? Payızda daha çox hansı məhsullarda bahalaşma olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı ekspert Akif Nəsirli bahalaşmanın səbəblərini açıqlayıb:

“Burada iki həlledici faktor var. Bunlardan biri ölkədə keçən ilə nisbətən gedən ümumi inflyasiyadır. İkinci amil isə odur ki, dünyada istehlak mallarının bahalaşması gedir. Azərbaycan yerli istehlak mallarının 50 faizini xaricdən idxal edir. Bəzi xırda faktorlar da var. Məsələn, sahibkarlar meyvə-tərəvəzi Bakıya gətirərək bazara çıxarmaqda çətinlik çəkir, çünki bazara çıxış imkanları məhduddur”.

Ekspert bahalaşmanın davam edəcəyini bildirib:

“İndiki bahalaşma qarşıdakı aylarda da davam edəcək. Əsasən ərzaq məhsullarında bahalaşma olacaq. Bunun qarşısının alınmasının yeganə yolu ölkə daxilində illik istehlak təlabatının 80 faizi həcmində məhsul istehsal etməkdir. Bu istiqamətdə ciddi addımlar hələ də atılmayıb”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi