BAKI DÖVLƏT SİRKİ KÖÇÜRÜLƏCƏK

BAKI DÖVLƏT SİRKİ KÖÇÜRÜLƏCƏK - Sirk üçün yeni bina tikiləcək

Bakı Dövlət Sirkinin hazırkı binası müasir standartlara cavab vermir.

Bu səbəbdən də binada əsaslı təmir işləri aparmaq əsaslandırmada uyğun hesab edilməyib. Mədəniyyət Nazirliyindən Faktinfo.az saytını məlumatlandıran mənbə onu da bildirilib ki, Bakının mərkəzində sirkin yeni binası tikiləcək. Bunun üçün lazım olan sənədlər nəzərdən keçirilib, əsaslandırmalar demək olar, tamamlanıb.

Qeyd edək ki, Bakı Dövlət Sirki ötən əsrin 60-cı illərində tikilib. Hazırda müasir standartlara cavab vermədiyindən müxtəlif proqramlarla çıxış edə bilmir, tamaşaçı qıtlığı yaşayır. Sirkdə əlverişli şəraitin olmaması, Bakıya gələn xarici qonaqların diqqətindən də kənarda qalır. Sirkin binasında uşaqların normal əyləşməsi, tamaşaya gələnin gözləməsi üçün əlverişli şərait belə yoxdu.

FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi