Bakı Şəhər İcra Hakimiyyəti 26 milyon manatlıq abadlıq işləri aparacaq

Bakı Şəhər İcra Hakimiyyəti 26 milyon manatlıq abadlıq işləri aparacaq 

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtdakı səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin aparılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Report.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Kaspian-AZ" MMC-dir.

Qalib şirkətə 26,459 milyon manat ödəniləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi