Bakı və regionlarda “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” çərçivəsində maarifləndirici görüşlər keçirilib

Bakı və regionlarda “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” çərçivəsində maarifləndirici görüşlər keçirilib - FOTOLAR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə 25 noyabr – 10 dekabr tarixlərində qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq tədbirləri çərçivəsində “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasının Bakı, Gəncə, Şəki, Mingəçevir və Şirvan şəhərlərində maarifləndirici görüşləri təşkil olunub/

Kampaniyanın məqsədi yeniyetmə və gənclərin debat metodologiyası vasitəsilə gender əsaslı zorakılıq və ayrı-seçkilik barədə maariflənməsini təmin etmək, natiqlik, özünüifadə, təhlil və araşdırma bacarıqlarını artırmaq və qeyd olunan mövzuların müzakirəsində iştirakına şərait yaratmaqdır.

Faktinfo.az xəbər verir ki,kampaniya çərçivəsində noyabr-dekabr ayları ərzində Bakı, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində yerləşən orta məktəb, internat məktəbi, kollec və universitetlərdə debat metodologiyası əsasında “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusu ilə bağlı gender ekspertlərinin iştirakı ilə keçirilən görüşlərdə 600-dən çox gənc qız və oğlan əhatə olunub və maariflənib.

“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilir.

Kampaniya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən icra edilir.

Bakı və regionlarda “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” çərçivəsində maarifləndirici görüşlər keçirilibBakı və regionlarda “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” çərçivəsində maarifləndirici görüşlər keçirilibBakı və regionlarda “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” çərçivəsində maarifləndirici görüşlər keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər