Bakıda cəzaçəkmə müəssisəsində nə baş verib? -

Bakıda cəzaçəkmə müəssisəsində nə baş verib? - Yüksək rütbəli məmurlar xəsarət aldılar

Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verib.

Hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.

 

Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında Sərxan adlı mayorun, Sunay adlı mayorun, onun regional idarənin rəisinin köməkçi olduğu deyilir, var. Bundan savayı Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin (adlarını öyrənməyə çalışırıq) qanlı insidentdə yaralandıqları iddia edilir.

 

Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir. Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir. İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir. 

Bu barədə Criminal.az-a məhkumlar məlumat veriblər.

 

İddia edirlər ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər