Bakıda “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans keçiriləcək

Bakıda “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans keçiriləcək 

10-12 may 2019-cu il tarixlərdə Qərbi Kaspi Universiteti və universitetin Beynəlxalq Alpinizm və Dağçılıq Federasiyası (UİAA) ilə əməkdaşlıq çərçivəsində təsis etdiyi Dağ mədəniyyətləri və landşaftları Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans təşkil olunacaq.

Universitetdən Faktinfo.az-a verilən məlumata görə,dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı (ağır mədənçilik və sıx əkinçilik səbəbindən) və hazırda da inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaf bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransın başlıca prioriteti bu məsələləri müzakirə etmək və dünya səviyyəsində ən qabarıq problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri və digər bu problemin həlli ilə maraqlanan mütəxəssisləri bir araya gətirməkdir.

Konfransda dünyanın 40-dək ölkəsindən xarici tədqiqatçılar, eləcə də yerli mütəxəssislər iştirak edəcəklər. Konfrans “Dağ ekosistemləri, ekoloji və bioloji müxtəliflik”, “Dağ landaşftları”, “Dağ Mədəniyyətləri”, “Dağ turizmi və Rekreasiya” sessiyaları üzrə keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər