Bakıda "Bütöv Azərbaycan" məktəblərarası rəsm sərgisi keçirilib

Bakıda "Bütöv Azərbaycan" məktəblərarası rəsm sərgisi keçirilib - FOTO

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mətbuat Xidməti xəbər verir ki, rəsm sərgisi "MilliÖN" şəbəkəsi və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə 5 noyabr tarixində keçirilib.

Sərgi iştirakçıları, dövlət və özəl təhsil müəsisələrinin şagirdləri olublar. Sərgidə ölkə üzrə ümumilikdə 10 fərqli məktəb tərəfindən göndərilmiş 67 ədəd rəsm və əl işi nümayiş olunub.

Tədbirin əsəs məqsədi istedadlı şagirdləri bu istiqamətdə həvəsləndirmək və onlarda vətənpərvərlik hislərini daha da artırmaqdan ibarət olub.

Xeyriyyə məqsədilə təşkil edilmiş sərgidə nümayiş olunan rəsm əsərlərinin gəliri birbaşa olaraq "YAŞAT" Fonduna ianə edilmişdir. Belə ki, əsərləri almaq istəyən şəxslər sərgi zalında yerləşdirilmiş "MilliÖN" şəbəkəsinin terminalları vasitəsi ilə "YAŞAT" Fonduna ianə edərək qəbzi sərgi təşkilatçılarına təqdim etməklə əsərləri əldə ediblər.

Sərginin sonunda nümayiş olunan bütün əsərlər satılmışdır.


Bakıda "Bütöv Azərbaycan" məktəblərarası rəsm sərgisi keçirilibBakıda "Bütöv Azərbaycan" məktəblərarası rəsm sərgisi keçirilibBakıda "Bütöv Azərbaycan" məktəblərarası rəsm sərgisi keçirilibBakıda "Bütöv Azərbaycan" məktəblərarası rəsm sərgisi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi