BAKIDAKI SÜRÜŞMƏ ZONALARI YENİDƏN AKTİVLƏŞİB - "Hər an faciə yaşana bilər"

BAKIDAKI SÜRÜŞMƏ ZONALARI YENİDƏN AKTİVLƏŞİB - "Hər an faciə yaşana bilər" + VİDEO

Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

Faktinfo.az AzTv-yə istinadən xəbər verir ki, istifadəyə verilən yolda yenidən çatlar əmələ gəlib.

Bu çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov AZTV-yə bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır: “Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir.

Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi