BAO-çu füzulişünas alimin kitabı Təbrizdə nəşr edilib

BAO-çu füzulişünas alimin kitabı Təbrizdə nəşr edilib - FOTO

Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Humanitar məsələlər üzrə müavini, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, füzulişünas alim Zəki Bayram Yurdçunun (Zəkulla Bayramlı) Təbrizdə kitabı işıq üzü görüb.

Bütöv Azərbaycan Ocaqları Mətbuat Xidmətinə müəllifin verdiyi məlumata görə, “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin rəhbəri olan Zəkulla Bayramlının “Mən səni neyləyim...” şeirlər kitabı Azərbaycanın Güneyinin Təbriz şəhərində fars əlifbası ilə nəşr olunub.

Kitabı çevirən Tanay Şərqidərəcəkdir. “Aydın kitab” nəşriyyatında yayımlanan kitab min nüsxə ilə çap edilib.

Bütöv Azərbaycan Ocaqlarının (BAO) üzvləri hörmətli həmkarlarını təbrik edir, uğurlar arzulayır.

BAO-çu füzulişünas alimin kitabı Təbrizdə nəşr edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi