“Barselona” Messinin vida matçı üçün ilkin tarix müəyyən edib

“Barselona” Messinin vida matçı üçün ilkin tarix müəyyən edib 

“Barselona” rəhbərliyi argentinalı futbolçu Lionel Messi ilə vida matçının təxmini tarixini müəyyənləşdirib.

Bu barədə “Catalunya Radio” məlumat yayıb.

Mənbənin radioua verdiyi məlumata görə, bu tədbir 2026/27 mövsümündə keçirilməsi planlaşdırılan təmirdən çıxmış “Kamp Nou”nun açılış mərasimindən sonra təşkil olunacaq.

Qeyd olunur ki, “Barselona” rəhbərliyi artıq Messi ilə əlaqə saxlayıb, argentinalı isə matçın təşkilinə razılıq verib.

Qeyd edək ki, 38 yaşlı Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Hücumçu klubun tərkibində 10 dəfə İspaniya çempionu olub. O, həmçinin 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi olub. O, vurulan qolların, ötürmələrin və oynadığı matçların sayına görə klub rekordlarına sahibdir.

Messi, həmçinin Argentina millisinin tarixində ən çox qol vuran futbolçudur, milli ilə birlikdə dünya çempionu (2022), “Finalissima” (2022), “Copa America” (2021, 2024), Olimpiya Oyunları (2008) və gənclər arasında dünya çempionatının (2005) qalibi olub. Argentinalı futbolçu 8 dəfə “Qızıl top”u qazanıb. Hazırda Amerikanın “İnter Mayami” klubunda oynayır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi