"Barselona" "Yuventus"a qol vura bilmədi, ancaq..."

"Barselona" "Yuventus"a qol vura bilmədi, ancaq..." 

"Çempionlar Liqasının yarımfinalında olduğumuz üçün xoşbəxtəm. Əsas da mənim yaşımda olan birinə görə böyük şansdır. Bəlkə də, bir daha yarımfinalda oynamaq şansı qazana bilməyəcəm".

 Bu sözləri fransa mətbuatına  "Monako"nun futbolçusu Radamel Falkao  Çempionlar Liqasının yarımfinalında "Yuventus"la ilk oyun öncəsi deyib.

Kolumbiyalı hücumçu "Yuventus"un güclü müdafiəçilərə sahib olduğunu bildirib:

"Yuventus"a qol vurmaq çətindir. Çünki mükəmməl müdafiəçilərə sahibdilər. Məsələn, "Barselona" onların qapısına yol tapa bilmədi, amma "Atalanta" iki qol vurdu. Futbolda hər şey mümkünür".

Qeyd edək ki, "Monako" - "Yuventus" matçı sabah saat Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi