Baş həkim klinikasının satılması xəbəri haqda: “Rəqiblər var…”

Baş həkim klinikasının satılması xəbəri haqda: “Rəqiblər var…” 

"Nə yazdıqlarını özləri də bilmirlər, boş söhbətdir, klinika satılmayıb".

Hurriyyet.az bildirir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında “Baku City Hospital”ın sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev klinikanın satılması xəbərinə aydınlıq gətirən zaman deyib.

O, hazırda işinin başında olduğunu bildirib:

“Satılsa, ən azından notariusa gedərdik. Boş-boş danışmaqdan başqa heç nə bilmirlər. Artıq 5 ildir klinikamı “alıb-satırlar”. O qədər rəqiblər var, yəqin, onların ortaya atdığı xəbərdir. İndi gəlib hoqqa verirlər ki, “klinika satıldı”. Hər şey olduğu kimi qalır, özüm də xaricdəyəm”.

Qeyd edək ki, “Baku City Hospital”ın satıldığına dair xəbərlər yayılıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi