"Bayraktar" üç qitədə Rusiya istehsalı silah sistemlərini məhv edib"

"Bayraktar" üç qitədə Rusiya istehsalı silah sistemlərini məhv edib" -Almaniyanın "Bild" nəşri

Almaniyanın “Bild” nəşri Ukrayna ordusunun Rusiyaya qarşı istifadə etdiyi “Bayraktar TB2” PUA-ları ilə bağlı məqalə dərc edib.

“Ukrayna müdafiəsi Türkiyə texnologiyasına güvənir. Ümidin silahı Bayraktar” adlı məqalədə TB2-lərin üç qitədə Rusiya texnikasını məhv etdiyi vurğulanıb.

Vurğulanıb ki, sözügedən PUA-lar Ukrayna ilə yanaşı Suriya, Liviya və Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarında istifadə olunub və Rusiya istehsalı hərbi təchizatları məhv edib. 

Qeyd edək ki, son günlər bir sıra dünya mətbuatı yazır ki,avropanın belə təhlükəsizlik məsələsi Ukraynada həll olunur.Bu nöqtədə Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-larının önəmi xüsusi olaraq qeyd edilir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər