Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi 186 min manatlıq mis satıb

Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi 186 min manatlıq mis satıb -İTTİHAM

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi 4 tələbənin adına Azərbaycan ATEF Şirkətlər Qrupuna 186 min manatlıq, yəni 21 ton 956 kq-lıq mis satıb. Belə ki, tələbələrin şəxsiyyət vəsiqəsi alınıb və onlardan xəbərsiz bu işlər həyata keçirilib. Hazırda tələbələr təhsil müəssisəsini bitirsə də, külli miqdarda borc onların üzərində qalıb.

Faktinfo.az  xəbər verir ki,bu məlumatı Xalqxeber.az saytı yazıb. Sayt araşdırmalardan sonra mövzuya qayıdacağını qeyd edib.


Faktinfo.az mövzu ilə bağlı gün ərzində Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb.Bədən Tərbiyəsi və İdman Akademiyasının çoxsaylı telefonlarından heç birinə cavab verən olmayıb,rektor Fuad Hacıyev şəxsi mobil telefonunu qaldırmayıb.

Mövzuya Gənclər və İdman nazirliyinə verdiyimiz sorğudan sonra qayıdacağıq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi