BƏZİ NAZİRLİK VƏ KOMİTƏLƏR DƏ LƏĞV OLUNACAQ – Özəl sektor da ixtisarlara gedir...

BƏZİ NAZİRLİK VƏ KOMİTƏLƏR DƏ LƏĞV OLUNACAQ – Özəl sektor da ixtisarlara gedir... 

Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı stuktur islahatları hökumətdə bəzi qurumların – nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsi və ya ləğvi ilə davam etdirləcək.

Faktinfo.az xəbər verir ki,bu barədə "Azpolitika.info"-ya hökumətə yaxın mənbələrdən informasiya daxil olub.

Qeyd olunur ki, bir-birinin fəaliyyətini təkrar edən, yaxud oxşar olan qurumların, habelə idarəetmədə praktik fəaliyyəti zəif olan dövlət qurumlarının dairəsi müəyyənləşdirilib. Mənbə bildirib ki, onların saxlanılması dövlət büdcəsi üçün kifayət qədər ağır maliyyə yükü yaradır. Heç bir dəyər formalaşdıra bilməyən təsisatların yerləşdiyi binaların saxlanılması,cari fəaliyyətinin təmin edilməsi, çox sayda ştatların mövcudluğu məqsədəuyğun sayılmır. Hökumət bundan sonra dövlət təşkilatlarının və publik hüquqi şəxslərin (PHŞ) keyfiyyət əmsalına üstünlük verəcək.

Məlumatda o da bildirilir ki, bu sırada ötən 7-8 ildə yaradılan PHŞ-lərin sayının azı 2 dəfə azaldılması nəzərdə tutulur. Özünü maliyyələşdirmə imkanları olan, habelə fəaliyyət dairəsi zəruri olan təqribən 250-dək qurum saxlanılacaq, 300-ə qədər PHŞ isə ya ləğv ediləcək, yaxud birləşdiriləcək.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi