Binanın qarşısından keçən qadının başına şifer düşüb- Sumqayıtda

Binanın qarşısından keçən qadının başına şifer düşüb- Sumqayıtda 

Sumqayıtda bədbəxt hadisə baş verib.

APA.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. Belə ki, 6/2a nömrəli binanın qarşısından keçən, 1962-ci il təvəllüdlü Yetər Zeynalovanın başına dam örtüyündən qopan şifer parçası düşüb. Xəsarət alan 57 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi