"Bir həftə də davam etsə, sərt karantin rejiminə yenidən keçmək lazım olacaq"

"Bir həftə də davam etsə, sərt karantin rejiminə yenidən keçmək lazım olacaq" -Musa Quliyev

“Koronavirus pandemiyası dünya üçün çox ciddi bir təhlükədir. Bunu hər birimiz bilməliyik. Virusun xarakteri və mənşəyi dəqiq məlum deyil. Bu baxımdan ondan qorunmaq üçün izolyasiya tədbirləri uzun müddət gündəmdə qalmalıdır.

Azərbaycanın bəzi bölgələrində karantin rejimi aradan qaldırılıb, bəzilərində isə yüngülləşdirilməsinə baxmayaraq vətəndaşlarımız sosial izolyasiya tədbirlərinə ciddi əməl etməlidirlər. İnsanlar bir-birləri ilə sosial məsafəni saxlamalıdır. Küçəyə çıxanda əlcək və maskadan mütləq istifadə etməlidir. Əllər tez-tez dezinfeksiya edilməlidir və ehtiyac olmadığı halda xüsusilə 65 yaşdan yuxarı şəxslər küçəyə çıxmamalıdır. Bu çox təhlükəlidir”.

Faktinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri əlavə edib ki, əgər bu templə bir həftə də davam etsə, sərt karantin rejiminə yenidən keçmək lazım olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi