Hacı Gülağa Abışovun rəhbəri olduğu "El-Plastik-2" MMC dövlətə borclandı - 800 min manata yaxın

Hacı Gülağa Abışovun rəhbəri olduğu "El-Plastik-2" MMC dövlətə borclandı - 800 min manata yaxın 

Azərbaycanın tanınmış polimer və plastik məhsullar istehsalçılarından birinin fəaliyyəti dayandırılıb və dövlət büdcəsinə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, "EL-PLASTİK-2" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti passivləşib (bağlanıb).

32gun.az-ın əldə etdiyi digər məlumata görə, nizamnamə kapitalı 100 AZN olan şirkətin dövlət büdcəsinə 798.592,39 AZN (800 min manata yaxın) vergi borcu mövcuddur.

Müəssisə Sumqayıt şəhəri, Corat ŞTQ, Corat, ev 175B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi və sahibi Gülağa Abışov Dilavər oğludur (Hacı Gülağa Abışov).

Şirkət 2020-ci il noyabrın 3-də Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 72, mənzil 31 ünvanında təsis edilərkən onun rəhbəri və təsisçisi "Tərəqqi" medalı mükafatçısı, tanınmış iş adamı Səid Feyzli (Feyzi) oğlu Rəşidov olub. 2023-cü il fevralın 10-dan etibarən isə şirkətin idarəçiliyi Gülağa Abışova keçib.

Qeyd edək ki, "EL-PLASTİK-2" MMC 20 ildən artıq təcrübəyə malik polimer istehsalçısı olaraq kənd təsərrüfatı və tikinti sektoru üçün polietilen örtüklər, borular, plastik qablar və torbaların istehsalı ilə məşğul olan irimiqyaslı müəssisə kimi fəaliyyət göstərib.

Xatırladaq ki, şirkətin hazırkı rəhbəri Hacı Gülağa Abışovun qardaşı Vüqar Abışov 2024-cü ilin fevralında yayılan məlumatlara görə, qanunsuz narkotik vasitələrin dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪