"Birlikdə qlobal sabitsizlik yaradırlar"

"Birlikdə qlobal sabitsizlik yaradırlar" - Almaniya prezidenti ABŞ-ı, Rusiyanı və Çini ittiham etdi

Almaniya prezidenti Münhendə keçirilən Təhlükəsizlik Konfransının açılışında deyib ki, Rusiya və Çin Amerika Birləşmiş Ştatları ilə birlikdə qlobal sabitsizlik yaradırlar və dünya yenidən “superdövlət” və “nüvə silahı yarışmasına” yuvarlanır.

Frank-Valter Ştaynmayer fevralın 14-də deyib ki, Rusiya yenidən hərbi gücə çevrilib və Avropa qitəsinin sərhədlərinə doğru zorakı dönüş edib. 

Almaniya prezidenti bildirib ki, Çin beynəlxalq qanunlara onlar yalnız onun maraq və məqsədlərinə uyğun gələndəəməl edir: "Bizim ən yaxın müttəfiqimiz Amerika Birləşmiş Ştatları hazırkı administrasiyanın rəhbərliyi altında beynəlxalq icma ideyasından imtina edir”.

Ştaynmayer ABŞ prezidenti Donald Trampın məşhur “Amerikanı yenidən möhtəşəm edək” şüarına işarə vuraraq deyib: “Bəli, qonşuların və partnyorların hesabına “yenidən möhtəşəmlik…”

Ştaynmayer deyib ki, “daha çox etimadsızlıq, daha çox silahlanma, daha az təhlükəsizlik…birbaşa nüvə silahlanması yarışına aparır”. (azadlıq.org)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi