BNA-nın illik hesabatı gizləməsinin səbəbi -

BNA-nın illik hesabatı gizləməsinin səbəbi - Ekspert

Bakı Nəqliyyat Agentliyi hələ də 2020-ci il üzrə xərcləri, gəliri və qazancı ilə bağlı hesabatını açıqlamayıb.

Hesabatın açıqlanmaması Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan Bakı Bus MMC-nin Müşahidə Şurasının idarəetməsinə verilməsinin səbəbinin aydınlaşmasına imkan vermir.

Bununla bağlı bir ay öncə saytımızın etdiyi müraciət də cavabsız qalıb.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli bildirib ki, Bakı Bus MMC-də daxil olmaqla, dövlət tərəfindən dotasiya alan bəzi qurumlar xərcləri şişirtdiyi üçün hesabatları açıqlamır:

“Dövlət büdcəsindən maliyyələşən qurumlar ən azı ildə bir dəfə xərcləri, gəlirləri və qazancı barədə hesabat təqdim etməlidirlər. Bununla bağlı Hesablama Palatasının da rəyi olmadır. Təəssüf ki, açıq mənbələrdən bu hesabatı tapmaq çətin olur. Bunun səbəbi də dövlət qurumlarının xərcləri şişirtməsidir. Onların ziyanla işləməsi səbəbinin də arxasında bu şişirtmə, mənimsəmə dayanır. Hesabatlarda qapalı və ya tam açıqlanmayan hissə əsasən xərclərlə bağlıdır. Xərclərin şişirdilməsi nəticəsində dövlət qurumlarında müəyyən artıq ödənişlər və korrupsiya sxemləri yaranır”./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi