Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib 

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalarını genişləndirərək həmin ölkənin 350-dən artıq fərd və hüquqi şəxsinə qarşı məhdudiyyətlər tətbiq edib.

Report.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş nazir Mixail Mişustin, Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyev kimi yüksək vəzifəli şəxslər, habelə iş adamlarının da daxil olduğu siyahıdakı şəxslərin Böyük Britaniyadakı bütün aktivləri dondurulur və ölkəyə giriş hüququndan məhrum edilirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi