Böyük İstanbul zəlzələsi yaxınlaşır – Həyəcan!

Böyük İstanbul zəlzələsi yaxınlaşır – Həyəcan! 

Türkiyədə dünən baş verən 6.3 və 4.9 ballıq ardıcıl zəlzələlər İstanbul əhalisini təşvişə salıb. Əhali fransız alimlərin "Haberturk" qəzetində keçən il dərc olunan “Böyük İstanbul zəlzələsi” haqqında iddialarından narahatdır.

Faktinfo.az xəbər verir ki, fransız alimlər Egey dənizində baş verəcək tektonik hadisələrin İstanbulda ən azı 7 ballıq böyük bir zəlzələyə səbəb ola biləcəyini xəbər vermişdilər.

Türkiyədə 1999-cu ildə Gözcükdə baş verən zəlzələdən sonra tədqiqat aparan fransız qrupun rəhbəri Xavier Le Piçonun “Böyük İstanbul zəlzələsi” haqqında iddiaları Egey və Mərmərə dənizində layların sürüşməsi nəticəsində yarana biləcək dəhşətli zəlzələ barədə idi. Lay üzərində hərəkət il ərzində 20 millimetrdir və bu da təxminən hər il bir o qədər deformasiyaya səbəb olur. Yaranan qırışığın açılması 1, ya da 2 zəlzələyə səbəb ola bilər. Əgər 1 zəlzələ baş verəcəksə, bunun fəsadları daha ağır olacaq. Alimlər sonuncu dəfə bu xəttin qırılmasının 1766-cı ildəki 2 zəlzələdən sonra baş verdiyini, yaxın 30 il ərzində İstanbulda 7.6 bal gücündə zəlzələ gözləndiyini söyləyirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi