“Britaniyanın Baş naziri səhhətilə bağlı vəzifəsindən istefa verə bilər”- “The Times”

“Britaniyanın Baş naziri səhhətilə bağlı vəzifəsindən istefa verə bilər”- “The Times” 

“Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxduqdan sonra səhhətində yaranan problemlərə görə təxminən altı ay müddətində istefa verə bilər”.

gazeta.ru xəbər verir ki, bu barədə “The Times” qəzeti Baş nazirin müşaviri Dominik Kumminqsə istinadən məlumat dərc edib.

Baş nazirin qayınatasına istinad edərək açıqlama verən müşavir Baş nazirin 2021-ci ilin əvvəlində təqaüdə çıxmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, bu ilin aprel ayında koronavirusa yoluxan Boris Conson reanimasiyaya yerləşdirilmişdi.

Həkimlərin səyi nəticəsində Baş nazir koronavirusa qalib gəlmişdi./APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi