Bu oyunçu ömürlük futboldan kənarlaşdırıldı

Bu oyunçu ömürlük futboldan kənarlaşdırıldı –Səbəb + VİDEO

Türkiyə Futbol Federasiyası “Amed Sportif Faaliyetler” komandasının oyunçusu Mansur Çalara ağır cəza verib.

33 yaşlı yarımmüdafiəçi ömür boyu futbol yarışlarından kənarlaşdırılıb. Buna səbəb Çaların “Sakaryaspor”la oyun vaxtı rəqiblərinə ülgüclə xəsarət yetirməsidir.

Federasiya kluba bir matçlıq azarkeşsiz oynamaq cəzası da verib.

Qeyd edək ki, “Amed Sportif Faaliyetler” – “Sakaryaspor” 1:1 hesabı ilə başa çatıb. Görüş ərzində iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb/Report.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi