"Bunu görmədiyimizi zənn etməsinlər" - Hakan Fidandan xəbərdarlıq

"Bunu görmədiyimizi zənn etməsinlər" - Hakan Fidandan xəbərdarlıq 

"YPG Suriya ilə 10 Mart razılaşmasına əməl etmir və bölgədə “oyunun pozucusu” rolunu oynayır".

Bunu Ankarada Suriya XİN rəhbəri Şeybani ilə birgə mətbuat konfransı keçirən Türkiyə Xarici İşlər naziri Hakan Fidan bölgədəki təhlükəsizlik və siyasi vəziyyətlə bağlı danışarkən deyib.

“YPG sistemə inteqrasiya olmur, müsbət havanı pozur. Zaman qazanmağa çalışır, amma istədikləri nəticəni əldə edə bilməyəcəklər. Teror təşkilatı üzvləri Suriya ərazisini tərk etməyib, bunu görmədiyimizi zənn etməsinlər", - deyə o bildirib.

Fidan həmçinin YPG-yə çağırış edərək, “dünyanın dörd bir yanından topladıqları terrorçularla həm Türkiyə, həm də bölgə üçün təhlükə yaratmağı dayandırsınlar” deyib.

Fidan eyni zamanda Suriyada yeni dövrün başladığını və İsrailin bölgədəki gərginlikləri artıran əsas aktorlardan biri olduğunu vurğulayıb:“Yeni Suriya bütün xalqların, inancların və mədəniyyətlərin qorunduğu, birgə yaşaya bildiyi bir Suriya olmalıdır. Hər kəs Suriya üçün üzərinə düşəni etməli, ölkədə təhlükəsizlik problemi olmamalıdır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi