Çavuşoğlu nöqtəni qoydu:

Çavuşoğlu nöqtəni qoydu: "Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq"

“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”.

“RİA Novosti” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-dan nümayəndə heyəti gəlmişdi. Onlara bildirdik ki, bu sanksiyalarda iştirak etməyəcəyik. Biz İrandan neft alırıq, özü də əlverişli şərtlərlə. Onlar uzaqdan danışırlar, biz bu yolla getməyəcəyik”,– M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp “Twitter”də böyük hərflərlə İranın ABŞ-ı təhdid etməkdə davam edəcəyi təqdirdə görünməmiş nəticələrlə üzləşəcəyini yazıb/Report.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi