“Çelsi” və “Arsenal” arasında final mərhələsi türkiyə mətbuatında -

“Çelsi” və “Arsenal” arasında final mərhələsi türkiyə mətbuatında - Bakı diqqət mərkəzində

UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində Dənizkənarı Milli Parkda təşkil olunan azarkeş festivalı Türkiyənin aparıcı KİV-ləri tərəfindən böyük maraqla qarşılanıb.

Faktinfo.az  Azərtac-a istinadən xəbər verir ki, ölkənin aparıcı media orqanları xəbərləri “Bakı UEFA Avropa Liqasının final coşqusunu yaşayır” sərlövhəsi ilə təqdim ediblər.

Təqdim olunan informasiyalar “Çelsi” və “Arsenal” arasında keçiriləcək möhtəşəm yarışa aid yüksəksəviyyəli hazırlıq barədə türkdilli oxucularda müfəssəl təəssürat yaradır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi