Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb 

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Məhkum Qasım Abbas oğlu Məmmədov ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Kamran Arif oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş bükülüdə  0,239  qram  metamfetamin və 0,437 qram heroin aşkar olunub.

 Faktla  bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi