CHP qurultaylarının ləğvi ilə bağlı məhkəmə başladı – Vəkil ləğv olunmasını tələb edir

CHP qurultaylarının ləğvi ilə bağlı məhkəmə başladı – Vəkil ləğv olunmasını tələb edir 

“CHP-nin 38-ci qurultayı, ictimai qaydaya zidd olduğu üçün tamamilə qanunsuzdur”.

Bu fikirləri keçmiş CHP sədri Kamal Klıçdaroğlunun tərəfdarı olan qurultay nümayəndələrinin vəkili, CHP üzvü Onur Yusuf Üregen deyib. 

O bildirib ki, 4–5 noyabr 2023-cü il tarixlərində keçirilmiş CHP-nin 38-ci Qurultayı və 6 aprel 2025-ci il tarixində keçirilmiş 21-ci Fövqəladə Qurultayın qanunsuz olduğunu əsas gətirərək onların ləğv edilməsini tələb edir.

Məlumatlara görə, Ankara 42-ci Birinci instansiya Hüquq Məhkəməsində başlayan beşinci iclasa CHP-nin vəkilləri Çağlar Çağlayan və Mehmet Can Keysan, həmçinin qurultay nümayəndələrinin vəkili Onur Yusuf Üregen qatılıb.

İclas zamanı tərəflər qurultayların qanuniliyi və prosedur pozuntuları barədə arqumentlərini təqdim edirlər. Hüquq ekspertləri hesab edir ki, məhkəmənin qərarı CHP-nin daxili siyasətinə ciddi təsir göstərə bilər, çünki həm 38-ci, həm də 21-ci qurultay partiya daxilində lider seçkiləri və mühüm qərarların qəbul edilməsində əsas rol oynayıb./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi