Daha bir məmurun xaricdə biznesi üzə çıxdı - İDDİA

Daha bir məmurun xaricdə biznesi üzə çıxdı - İDDİA 

Təhsil nazirinin müavini Firuddin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə.

AFN xəbər verir ki, araşdımaçı jurnalist Cavanşir Həsənli nazir müavininin xaricdəki biznesini araşdırıb. Məlum olub ki, onun Slovakiyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib: "Sloveniya mənbələrinin məlumatına görə, şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.

Şirkət 6671381000 saylı lisenziya ilə Slovakiyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur".

Qeyd edək ki, Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri işləyib. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir.

Daha bir məmurun xaricdə biznesi üzə çıxdı
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi