
Daha iki Penitensiar müəssisədə vəkillər pulsuz hüquqi yardım göstəriblər
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq cari il ərzində azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi və maarifləndirmə işi davam etdirilir.
Növbəti dəfə 2 saylı və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən ümumilikdə 50 nəfərə yaxın məhkumun müraciətini dinləyən vəkillər tərəfindən onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.
Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın