“Daha susa bilmirəm...” - Məşhur rusiyalı jurnalist üsyan etdi

“Daha susa bilmirəm...” - Məşhur rusiyalı jurnalist üsyan etdi 

Məşhur rusiyalı jurnalist Aleksandr Nevzorov gözlənilmədən Ukraynadakı müharibə ilə bağlı Rusiyanı ittiham edən fikirlər paylaşıb. O, bildirib ki, müharibə ilə bağlı həqiqətlər Rusiya cəmiyyətindən gizlədilir.

AzPolitika.info xəbər verir ki, çoxlarının Rusiyanın əsas təbliğatçılarından saydığı Nevzorov öz “Teleqram” kanalında Ukraynanın Mariupol şəhərində baş verənləri “terrorçuluq” adlandırıb: “Mən artıq susa bilmirəm. Hazırda Mariupolda baş verənlər terrorçuluqdur. Bizim ordumuz 1000-dən artıq sakinin gizləndiyi Dram Teatrına nəhəng bomba atıb. Sadəcə, bu rəqəmə fikir verin. Bütün mənbələrdə demişik ki, bu teatr dinc sakinlərlə doludur və onları “Azov”un 12 silahlısı qoruyur. Bir gün sonra isə onların üzərinə 500 kiloqramlıq bomba atırıq. Havadan çəkilmiş onlarla foto var ki, həmin binanın üzərinə “burada uşaqlar var” yazılıb. Mənim bircə sualım var: “azad etmək” bir neçə əsgəri məhv etmək üçün yüzlərlə dinc insanı öldürməkdirmi?”

Nevzorov onu da bildirib ki, bu paylaşımından sonra onun Rusiyadan qaçması lazım olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi