Danilov: Rusiya bombardmançılarını gizlədir

Danilov: Rusiya bombardmançılarını gizlədir 

Rusiya komandanlığı Ukraynanın onları məhv edə biləcəyini anladığı üçün bombardmançılarını gizlədir.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

 Danilov deyib ki, Rusiyada Ukrayna ərazisini havadan bombalaya bilən onsuz da çox təyyarə yoxdur.

 

“Bu gün düşmən onları gizlətməyə başlayıb. O, başa düşür ki, biz onları gözləmədikləri ərazilərdə belə vura bilərik. Təyyarələr Primorsk diyarında gizlədilib. Ancaq düşmənin orada problem yaşaması üçün lazım olan hər şey Primorsk diyarına və Uzaq Şərqə də çatdırılacaq”, - deyə Danilov bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi