Dayanıqlı İnkişaf Məqsədləri üzrə Ətraf Mühitin Mühafizəsi kursu - ÖDƏNİŞSİZ

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Ətraf Mühitin Mühafizəsi kursu - ÖDƏNİŞSİZ 

Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbi, “Xəzər Dənizi Problemləri” Elmi-Tədqiqat Mərkəzi və Ekoloji Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Dayanaqlı İnkişaf Məqsədləri üzrə Ətraf Mühitin Mühafizəsi üzrə 6 həftəlik kurs təşkil edilir.

Faktinfo.az xəbər verir ki,kurs 01.03.2021-ci il tarixindən başlayacaq.

Dərslər həftədə 1 dəfə olmaqla 60 dəqiqə davam edəcək.

Kursu uğurla bitirənlərə sertifikat təqdim ediləcək. 

Kurs ödənişsiz olacaq.Kurs yaşından, təhsilindən aslı olmayaraq hamı üçün açıq olacaq.

Dərslər Microsoft Teams proqramı üzərindən aparılacaq. 


Tədris dili: Azərbaycan


Kursun təsviri:Biosfer ehtiyatlarından, planetimizin bütün təbii sərvətlərindən, həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və qorunması problemləri bu gün müharibə, sülh, ərzaq, ictimai və s. problemlərdən az əhəmiyyət daşımır. Buna görə də ekologiya elmi qanunauyğun sürətdə elmlərin ön sırasında durur.Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki, cəmiyyətə böyük fayda verir: əhalinin ümumi güzəranının inkişafına şərait yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını alır, insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır. Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnir: təbii ehtiyatlar tükənir, ətraf mühit hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii ekosistemlərin azalması (Yer üzərində bir çox bitki və heyvan növlərinin sıradan çıxması ilə əlaqədar) və deqradasiyası nəticəsində biosferin tarazlığının pozulması müşahidə olunur və s. Bütün bu hadisələrin təzyiqi altında bəzən qlobal ekoloji böhran, ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır.

Kurs üzrə təklif edilən dərslər:

- Hidrosfer və onun ekoloji problemləri

- İnsan fəaliyyətinin ətraf mühitə təsiri

- Biosferin ekoloji mahiyyəti

- Ərzaq təhlükəsizliyində torpaq ehtiyatlarının rolu

- Yosunların ekoloji yayılması- Ekologiyanın bitkilərə təsiri

Əlaqə:

Strateji İnkişaf Mərkəzi+994 (012) 492 74 18

 (Daxili 18)Qeydiyyat üçün son tarix: 

24.02.2021 


Qeydiyyat üçün link:https://docs.google.com/forms/d/1H_zwnMhnMrSJC5nTp0b0sKXDOyCq_nW8H2DZlSr3z3o/viewform?fbclid=IwAR3VRJFBEIKfzi_Xb4GDe0g8uIgTzAgMA2w2iNNmgLHW8JeNoYTJ0Nj0uuE&edit_requested=true

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi