
“Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri” adlı kitabların təqdimatı keçirilib - FOTO
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan Faktinfo.az-a verilən məlumatda bildirilir ki, "Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri" adlı kitabların təqdimatı keçirilib.
Tədbirdə institutun direktoru,professor,AMEA-nın müxbir üzvü İbrahim Cəfərov kitabın əhəmiyyətindən söz açaraq kollektivi kitabın ərsəyə gəlməsi münasibətilə təbrik edib.
O bildirib ki, dənli-taxıl və texniki bitkilərin zərərvericiləri və onlara qarşı müxtəlif mübarizə tədbirlərini özündə təcəssüm etdirən bu kitab ayrı-ayrı zərərvericilər, onların yayılması, zərəri, zərərvericilərin mövqeyi, biologiyası ekoloji amillərin onlara təsirindən bəhs edir.Bu gün kənd təsərrüfatı bitkisinə zərər vuran zərərverici həşaratların idarə edilməsi zamanın çağrışıdır. İbrahim Cəfərov bu vəsaitin dənli-taxıl və texniki bitkilərin becərilməsi ilə məşğul olan iş adamları, aqronomlar, mütəxəssislər, fermerlər, eyni zamanda aqronomluq istiqamətində təhsil alan tələbələr üçün müfəssəl mənbə olacağını bildirib.
Çıxış edənlər yeni kitabın ərsəyə gəlməsi münasibətilə müəllifləri, eləcə də əməyi keçən hər kəsi təbrik ediblər.
Faktinfo.az



Bu xəbər üçün şərh yazın