Deputat icra başçısının saxlanılmasından danışdı: "Araşdırma aparılacaq"

Deputat icra başçısının saxlanılmasından danışdı: "Araşdırma aparılacaq" 

Milli Məclisin Ağstafa rayonundan seçilən deputatı Nizami Cəfərov rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və onun müavini Ramiz Tatarovun saxlanılmasından danışıb.

N.Cəfərov Pravda.az-a açıqlamasında faktı təsdiq edib: “Bəli, icra başçısının saxlanılması ilə bağlı məlumatı eşitmişəm”.

 Deputat qeyd edib ki, bu məsələ araşdırılacaq: “Fakta hüquqi qiymət veriləcək. Araşdırıldıqdan sonra onun təqsirli olub-olmaması bilinəcək. Öncədən fikir bildirmək düzgün deyil”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi