Deputat Könül Nurullayeva AŞPA-nın daha bir videokonfransında iştirak edib

Deputat Könül Nurullayeva AŞPA-nın daha bir videokonfransında iştirak edib 

Milli Məclis deputatı Könül Nurullayeva AŞPA-nın Sosial Əlaqələr, İctimai Sağlamlıq və Davamlı İnkişaf Komitəsi üzrə baş tutan videokonfransında iştirak edib.

Komitə görüşündə "COVID-19 pandemiyasının səbəb olduğu sosial-iqtisadi böhranın aradan qaldırılması" mövzusunda çıxış edən millət vəkili pandemiyanın yaratdığı bu böhranın cəmiyyətdə mövcud olan bərabərsizlikləri daha da artırdığını vurğulayaraq, ağırlaşmış vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra təkliflər irəli sürüb.

Faktinfo.az xəbər verir ki,K.Nurullayeva ilk olaraq bildirib ki, sosial-iqtisadi böhranın miqyasını anlamaq üçün böhranın birbaşa neqativ təsir göstərdiyi işsizlik səviyyəsi, gənclərin əmək bazarına daxil olmasında mövcud maneələr, qadın və kişi əmək haqqı və pensiyalarında gözəçarpan fərqlər və qadınlara şiddət kimi göstəricilərə nəzər yetirməyimiz önəmlidir.

Çıxışı zamanı deputat həmçinin pandemiya səbəbi ilə daha da genişlənmiş gender fərqini minimuma endirmək üçün ölkələrin qadın və qızların ehtiyaclarını prioritetləşdirərək məqsədəuyğun maliyyələşdirmə siyasəti aparmalı olduqlarını qeyd edib.

Əlavə olaraq, millət vəkili yerli hökumət və dövlət orqanlarını ümumi məşğulluq səviyyəsini artırmaq məqsədilə ölkələri daxilində çoxsaylı iş imkanları yaratmağa, kiçik sahibkarlar və yeni yaradılmış müəssisələri sürətli qrant və borclar vasitəsilə dəstəkləməyə çağırıb. Çıxışın sonunda isə K.Nurullayeva Azərbaycanın bu istiqamətdə müsbət təcrübəsindən söz açıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər