Deputat Razi Nurullayev İmişlidə örüş torpaqlarını zəbt edib-

Deputat Razi Nurullayev İmişlidə örüş torpaqlarını zəbt edib- ŞOK İDDİA

İmişlinin deputatı Razi Nurullayevdən şikayət var. İmişli rayon Nurulu kənd sakinləri bildirir ki, Deputat Razi Nurullayev kəndin örüş sahələrini zəbt edərək ərazidə mal bazarı tikdirir.

Ajans.az-ın əldə etdiyi məlumata görə Eklogiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin 30 aprel 2025-ci il tarixli 3-14-22/2-662/2025 nömrəli rəyinə əsasən 1036 ədəd yulğun ağacların kəsilməsi ilə bağlı akt tərtib edilib və 10 min manata yaxın cərimə tətbiq olunub. Amma hazırda yenə də ərazidə tikinti işləri həyata keçirilir. 

Əldə etdiyimiz mə\lumata görə zəbt edilən örüş ərazisində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən yer Deputat Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atasının adınadır. Bu faktı təsdiq edən rəsmi çıxarış sənədi də var. Sənəddə göstərilir ki, Nurulu kəndində olan 20 hektar kənd təsərrüfatı təyinatlı ərazi Muradalılı Bələdiyyəsi tərəfindən Deputat Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası Yavər Süleymanova 12 aprel 2025-ci ildən 12 aprel 2040-cı ilədək icarəyə verilib.

Kənd təsərrüfatı təyinatlı torpaqda mal-qara otarılması nəzərdə tutulsa da yulğun ağaclarının məhv edilməsi sual doğurur. Eyni zamanda bu ərazidə mal bazarının tikintisinin aparılması da qanun pozuntusu sayıla bilər. Bəllidir ki, torpağın təyinatı yalnız Nazirlər Kabinetinin qərarı ilə dəyişə bilər. Belə bir qərarın olmamasına baxmayaraq kənd sakinləri öz mal – qarasını bu ərazilərdə otara bilmir. Burada həyata keçirilən tikinti işləri, ərazinin çəpərlənməsi 1000 nəfərdən çox sakini olan kənddə ciddi problemlər yaradıb. Sakinlərin çıxışları da bunu deməyə əsas verir

Tikintinin dayandırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən tapşırıq verilsə də heç bir nəticə əldə edilməyib.

İmişli rayon Nurulu kənd sakinləri məlum problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıblar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi