"DİVERSANT QRUPLARA ZƏRBƏLƏR ENDİRİLMƏLİDİR!" - "Ermənilərin yaşadığı ərazilər də minalanmalıdır ki..."

"DİVERSANT QRUPLARA ZƏRBƏLƏR ENDİRİLMƏLİDİR!" - "Ermənilərin yaşadığı ərazilər də minalanmalıdır ki..." 

Politoloq: “Erməni tərəfi ən çox köçkünlərin Laçın və Kəlbəcərə qayıdışına mane olmağa çalışacaq, çünki...”

Ermənistandan Xankəndinə separatçı-radikal, təxribatçı və revanşist ünsürlərin ziyarəti artıb. Son olaraq erməni katolikosu II Qaregin iki gün öncə quldur yuvasında olub, orada Azərbaycan dövləti əleyhinə hədyanlar söyləyib, din adamına yaraşmayan irqçi, fitnəkar çıxışlar edib, hələ də Xankəndində qalan qanunsuz hərbçi birləşmələrə baş çəkib, “artsax əsgərləri”nə “xeyir-dua” verib. Belə “xeyir-dualar”ın erməni xalqına hansı faciələri yaşatdığını bilə-bilə.

Azərbaycana qarşı bütün bu sırtıq hərəkətlər və demarşlar, üstəlik, Kəlbəcərdə ikisi jurnalist olmaqla, üç dinc vətəndaşımızın tank əleyhinə minaya düşərək həlak olmasının yaratdığı böyük rezonans, qəzəb fonunda baş verib. Təbii ki, ermənilərin bundan tükü də tərpənməyib. Yüzdə yüz “dünyada daha 3 türk azaldı” deyibən sevinir manyak millətin təmsilçiləri.

Ümumiyyətlə, belə görünür ki, bu şərəfsiz qonşuların bizimlə ədavəti, düşmənçiliyi bitməyəcək. Əgər onlar “dünyadakı sonuncu türk lal, kar, kor da olsa, mütləq öldürülməlidir”, “Yer üzündə türk qalmamalıdır” faşist şüarlarının müəllifi, nasist əlaltısı Qaregin Njdenin davamçılarıdırsa, onu özlərinə kumir seçiblərsə, İrəvanda ona 6 metrlik abidə qoyub özləri üçün onu səcdəgaha çeviriblərsə, bu toplumla barışıq asan olmayacaq. Demək, çarə qalır yalnızca əlimizdəki dəyənəyə, “dəmir yumruq”a...

*****

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, Kəlbəcərdəki terror olayı erməni tərəfi bizimlə hərbi qarşıdurmanın yeni mərhələsinə başladığından xəbər verir.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

“Ermənilər ilin isti mövsümündən, ”yaşıl zolaq örtüyündən" istifadə edərək, təxribat və terror fəaliyyətlərini aktivləşdirməklə əhalimizin və dövlət qurumlarının azad edilmiş bölgələrə qayıdışını əngəlləməyə çalışırlar. Ehtimal ki, onlar bunu ən fəal şəkildə Laçın və Kəlbəcər rayonlarında etməyə çalışacaqlar ki, Qarabağda ermənilərin qaldığı ərazilər Ermənistandan təcrid olunmuş duruma düşməsin", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, ermənilər həm Ermənistan ərazisindən, həm də sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altındakı ərazilərdən öz təxribatçı qruplarının hərəkətlərini “partizan hərəkatı” kimi imitasiya eləməklə ört-basdır eləməyə səy edəcəklər: “Görünən odur ki, onların hədəfi həm də dövlətlərarası sərhəddə və Azərbaycanla sülhməramlılar arasında gərginlik yaratmaqdır. Aydındır ki, bu cür hərəkət taktikası keçən əsrin hərbi kateqoriyalarında düşünən hərbi ekspertlər tərəfindən hazırlanıb. Niyə bu qənaətdəyəm? Hər şey çox sadədir: bu qəbildən diversantların hərəkətləri, əlbəttə ki, pilotsuz aparatlar da daxil, müasir texniki kəşfiyyat vasitələri ilə asanlıqla nəzarət altına götürülə bilir. Odur ki, Müdafiə Nazirliyindən diversant qruplarına və onların bazalarına endirilən zərbələrin görüntüləri haqda yeni videoları gözləyirik!”

*****

“Qarabağda müharibə bitməyib, sadəcə, atəşkəs imzalanıb”. Bunu isə Ermənistan prezidenti Armen Sərkisyan Qazaxıstandakı erməni icmasının üzvləri ilə görüşündə deyib. “Müharibə bitməyib, sülh razılaşması yoxdur. Məlum deyil ”arsax"ın statusu necə olacaq, danışıqlar nə vaxt başlayacaq və necə gedəcək, Azərbaycan-Ermənistan sərhədində hadisələr necə inkişaf edəcək", - Sərkisyan bildirib.

Armen Sərkisyan

Şübhəsiz, bu, Ermənistan prezidentinin növbəti təxribatçı, həyasız bəyanatıdır və sırf revanşizmdən qaynaqlanır. Eyni zamanda erməni ictimai rəyi ilə, o sırada xaricdəki diasporun mövqeyi ilə manipulyasiya eləmək niyyəti güdür. Niyə görə?

Əvvəla, o səbəbə ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış 10 noyabr üçtərəfli bəyannaməsi Sərkisyanın iddia elədiyi kimi, atəşkəs haqda saziş yox, işğalçı Ermənistanın qeyd-şərtsiz kapitulyasiyası haqda hüquqi sənəddir və məhz müharibənin bitdiyini göstərir - özü də Rusiyanın yazılı zəmanəti ilə. Bundan sonra Qarabağda müharibə deyil, yalnız antiterror əməliyyatı aparıla bilər. Yeni müharibə olacaqsa belə, bu, artıq Ermənistan ərazisində olacaq.

İkincisi, doğrudur, kapitulyasiya sənədinin məntiqi davamı olaraq, Azərbaycanla Ermənistan arasında sülh razılaşması imzalanmayıb. Ancaq bunun günahı “bəlkə də qaytardılar” xülyası ilə yaşayan, öz xalqını böyük sülhə hazırlamaq istəməyən erməni rəsmiləri və müxalifətində, o cümlədən hazırkı prezident Sərkisyandadır.

Üçüncüsü, neçə dəfə deyərlər və yazarlar, status məsələsi artıq gorbagor olub. Bu mövzuda rəsmi Bakı heç vaxt heç kimlə danışıq aparmayacaq. Bunu gözləyənlər, o sırada armen sərkisyanlar boşuna gözləyir. Ermənistanla ən yüksək səviyyədə nə vaxtsa danışıqlar olacaqsa da, bu, sırf yekün sülh anlaşması ətrafında olacaq, vəssalam.

*****

Maraqlıdır ki, bu arada ABŞ-ın “Qallap”ın (“Gallup”) sorğu şirkətinin Ermənistanda keçirdiyi sorğuda məlum olub ki, “Dağlıq Qarabağın statusu” məsələsi ermənilər üçün artıq prioritet deyil. Belə ki, “Ermənistanın üzləşdiyi ən kəskin problem nədir” sualına respondentlərin cəmi 0,7 faizi “Dağlıq Qarabağın statusu” cavabını verib.

Bu, “Dağlıq Qarabağ müstəqil olmayacaq” gerçəyinin artıq erməni cəmiyyəti tərəfindən qəbul edilməsi anlamına gəlir. Ermənistan mediası isə sorğunun nəticələrinə istinadən yazır ki, İlham Əliyev status məsələsini erməni xalqının da gündəmindən çıxarıb.

Sorğunun yekunundan əslində ilk növbədə erməni siyasətçiləri nəticə çıxarmalı, cəmiyyətdəki ovqatı ciddiyə almalıdırlar, nəinki xam xəyallarla, revanşist hisslərlə yaşamağa davam edib Azərbaycanla, Türkiyə ilə unikal sülh şanslarını bir-bir əldən buraxmalıdırlar...

Əfsuslar olsun ki, böyük sülh sazişini ən çox əngəlləyən elə erməni siyasi elitasıdır, artıq müharibələrdən, məhrumiyyətlərdən bezdiyi sorğulardan aydın görünən sadə erməni əhali yox. Bunun bir sübutu da Ermənistan rəhbərliyinin 7 aydır mina xəritələrini Azərbaycana verməkdən imtina eləməsidir. Sülh arzulayan tərəf əlbəttə ki, belə cinayətkar davranış sərgiləməz.

*****

Mina xəritələrini ermənilərdən zorla almağın isə müxtəlif yolları təklif edilir. Onlardan birini də Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa təklif edib. Deputat özünün facebook səhifəsində bu xüsusda yazıb: “Mina məsələsinə münasibətdə bizim aparılan rəsmi təbliğatın daha doğru istiqamətdə aparılmasının vacibliyini düşünürəm. Fikrimcə, Azərbaycanın ”Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" deməsi elə “Ermənistan işğal olunmuş ərazilərimizdən çıxmır” deməsi kimi bir şeydir. Yəni 30 ilə yaxın təkrarlanacaq və nəticəsi olmayacaq bir tələbdir. Necə ki, sonda savaş və diplomatiya yolu ilə düşməni ərazilərdən çıxartmaqdan başqa hansısa bir tələb, beynəlxalq təşkilatlardan hansısa bir gözlənti işə yaramadı".

Fazil Mustafa

“Bəs Azərbaycan nə etməlidir” sualına F.Mustafa aşağıdakı təkliflərlə cavab verib: “Fikrimcə, yerli və yersiz peşəkar sakinlərdən təşkil olunan partizan qruplarının yaranmasına dövlət əngəl yaratmamalıdır. 44 günlük savaşımız göstərdi ki, adsız qəhrəman olmağa hazır minlərlə oğullarımız var. Bununla belə, dövlət onların göstərəcəyi fəaliyyətin məsuliyyətini də daşımamalıdır. Bu partizan qrupları istər Qarabağda ermənilərin yaşadığı ərazilərdə, istər də Ermənistan ərazisində kütləvi şəkildə ermənilər üçün məlum üsullarla mina süfrəsi təşkil etməlidirlər. Ermənistanı və onun himayədarlarını ancaq bu yolla durdurmaq olar. Digər tərəfdən, həmin qruplar ermənilərin ərazimizə soxulan təxribat qruplarını məhv etməklə məşğul olmalıdırlar. Hər dəfə ermənilər mina partlayışının dadını gördüyündə, bizim onlar kimi sevinməyimizə gərək qalmayacaq. Biz bu kimi fəaliyyətləri rəsmi şəkildə pisləyəcəyik və adsız qəhrəmanlar da buna görə dövlətdən qətiyyən inciməyəcəklər. Bu zaman ruslar da fakt qarşısında qalacaqlar. Ermənistanın cavabdehlik daşımadığı qanunsuz birləşmələr varsa, o halda bizim də cavabdehlik daşımadığımız qanunsuz birləşmələr avtomatik olaraq mövcud olmalıdır. Elə işlər var ki, onu rəsmi hərbi strukturların etməsi arzuolunan deyil”.

Yəni “pazı pazla çıxarmaq” məsələsi. İstənilən halda, erməni tərəfinin terror aktlarının cavabsız qalmayacağı yəqindir...       


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi