“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”

“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...” - Mənzil Kommunal Təsərrüfatı Departamentindən şikayət- FOTOLAR

Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarələrinə aylıq vəsait ödəyir, amma Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti qarşıda duran problemləri həll etmir. Məsələn, Nizami rayonu, Şirin Mirzəyev 72 binanın sakinləri həyətdə besetka və oturacaqların bərbad vəziyyətindən, həyətdə gecə işıqlandırmasının olmamasından, sakinlərə yaradılmalı olan minimum şəraitin yoxluğundan, binanın təmirsiz olmasından gileylənirlər. Sakinlər ətrafdakı binaların təmirli, onların yaşadığı binanın bərbad vəziyyətdə olmasını, bu şəraitdə yaşamalarını həzm edə bilmirlər. O cümlədən hesab edirlər ki,məlum qrumun rəhbərlərinin yaşadıqları mənzillərin bloku belə bərbad halda olarsa onlar bunu qəbul edərlərmi?! 

Faktinfo.az saytı xəbər verir ki, binadakı bloklardan birinin qapısının olmaması, blok və girişində təmirsizliyin acınacaqlı görüntüyə səbəb olması narazılıq doğurur.

Faktinfo.az saytı onu da bildirir ki, yəqin bu xəbərdən sonra Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Nizami rayon İcra Hakimiyyətinə, “Bakı şəhər əsaslı Tikinti və Təmir” MMC-nin rəhbərliyinə müraciət edəcəkdir. Bu qurumlar da həmişəki kimi ərazi mənzil istismar idarəsinə müraciət etməyi məsləhət biləcəklər. Beləcə, hər tərəfi təmir olunmuş binalarla əhatələnən Nizami rayonu, Şirin Mirzəyev 72-i binanın sakinləri “yola veriləcək”.

Mövzuya qayıdacağıq.

FAKTİNFO.AZ



“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi