DTX BEYLƏQANDA ƏMƏLİYYAT KEÇİRİB - İdarə rəisi də saxlanıldı (YENİLƏNİB)

DTX BEYLƏQANDA ƏMƏLİYYAT KEÇİRİB - İdarə rəisi də saxlanıldı (YENİLƏNİB) 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqanda keçirdiyi əməliyyat zamanı daha bir nəfər saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi Ayxan Səfərov da saxlanılıb.

Xatırladaq ki, bu gün DTX-nin keçirdiyi əməliyyat nəticəsində İdarənin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev saxlanılıb.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqanda keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.

***

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqan rayonunda əməliyyat keçirir.

"Bakupost.az" xəbər verir ki, əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi