DTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər -

DTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər - VİDEO

Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Bu barədə DTX-nin saytı məlumat yayıb.

Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi