Dubayda sürücülər taksilərdə unudulan pulları tapıntılar bürosuna veriblər

Dubayda sürücülər taksilərdə unudulan pulları tapıntılar bürosuna veriblər 

Cari ilin 6 ayı ərzində Dubayda taksi sürücüləri sərnişinlərin avtomobildə unutduqları ümumilikdə 640 min dirhəm (təxminən 175 min dollar) nağd vəsaiti tapıntılar bürosuna təhvil veriblər.

 Həmçinin sürücülərdən biri sərnişinə yaddan çıxardığı 45 min dolları qaytarıb.

 Dubayın taksi korporasiyasının məlumatına görə, göstərilən dövr ərzində sərnişinlər Dubay taksilərində 7408 şəxsi əşya yaddan çıxarıblar. Əşyaların arasında nağd pul, mobil telefon, pasport, zinət əşyaları və hətta qızıl külçələri yer alıb. Bununla yanaşı, qiymətli əşyaların üçdə ikisi sərnişinlərə qaytarılıb. Hazırda Dubayın taksi korporasiyasında 12 minə yaxın sürücü çalışır və avtomobillərin əksəriyyəti videomüşahidə kameraları ilə təchiz edilib./Azərtac.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi