Dünya orduları: Türkiyənin xüsusi təyinatlıları - VİDEO

Dünya orduları: Türkiyənin xüsusi təyinatlıları - VİDEO 

"Caliber.az" dünya ordularına həsr olunmuş silsilənin növbəti proqramında qardaş Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin tərkibi, silahları və döyüş potensialına nəzər salib.

Bildirilib ki, Türkiyə rəhbərliyi müharibə və sülh dövründə müxtəlif vəzifələri səmərəli həll edə bilən xüsusi əməliyyat qüvvələrinin inkişafına və təkmilləşdirilməsinə böyük diqqət yetirir. Xüsusi əməliyyat qüvvələri Türkiyənin hərbi-siyasi rəhbərliyi tərəfindən hərbi əməliyyatlar teatrında qoşun birləşmələrinin döyüş əməliyyatlarını təmin edən ən mühüm vasitə hesab olunur.

Bundan əlavə, onlar ölkənin milli təhlükəsizliyinin təmin edilməsi maraqları naminə geniş spektrli vəzifələri müstəqil şəkildə həll etməyə qadirdirlər.

Komandanlığın planlarına əsasən, Türkiyə xüsusi təyinatlılarının müharibədən əvvəlki dövrdə və müharibə dövründə düşmən xətti arxasında kəşfiyyat-təxribat fəaliyyəti, partizan hərəkatının təşkili, aviasiya vasitələrinin hədəflərə yönəldilməsi və artilleriya atəşinin tənzimlənməsi ilə məşğul olması nəzərdə tutulur. Sülh dövründə isə onlar Türkiyə, Suriya və İraqda PKK terrorçularına qarşı mübarizədə istifadə oluna bilər. 

Daha ətraflı “Caliber”in yeni buraxılışında:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi