Ədalət Babayev 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilməməli idi ki?

Ədalət Babayev 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilməməli idi ki? 

İşləyənlərə, günəş şüaları altında torpaq sahələrində olanlara da "lapet bağlamaqda" mahirik.

Heç olmasa, indiki reallığı nəzərə alıb meloratorlara həssas yanaşaq. Həmçinin, ümumi suvarma suyunun idarə olunması baxımdan yaradılan bəzi maneələr istisna olmaqla, gərəkən odur ki, bu sahədə çalışan təcürbəli Suvarma Sistemləri İdarəsi (SSİ) rəislərinə münasibətdə ədalətli davranaq.


5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü idi. Bu münasibətlə Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir sıra şəxslər təltif edilib. Bu siyahıda 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmiş Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Babayev Ədalət Rəşid oğlu da yer alırdı. Ədalət Babayev uzun illərdir ki, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar SSİ-nin rəisidir. Onun idarə rəisi olduğu bu illər ərzində hansısa bir səhvə yol verməməsini yazmaq da yanlışlıq olar. Amma ona qarşı təltifdən bir neçə gün sonra "Kimdir Babayev Ədalət Rəşid oğlu və hansı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib"? - fikirini tirajlamaq və yaxud haqqında illər əvvəl yazılmış tənqidi mövzudan sitat gətirmək özünü mətbu təcriddir.


Bu mənada "nümunələr" çoxdur, onlardan birincisi, Ədalət Babayevin yanacaq satmaqda, nəticə olaraq varlanmaqda ittiham edilməsidir. Birincisi sirr deyil ki, Maliyyə nazirliyi, Hesablama Palatası qrafikə uyğun bütün təşkilatlarda olduğu kimi, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar Suvarma Sistemləri İdarəsində də yoxlamalar aparıb. İdarənin maliyyə-təsərrüfat fəaliyyəti 2014-cü ildən başlayaraq, mütəmadi təftiş edilib. Yanacaq mənimsənilməsinə dair bir fakt aşkarlanıbmı? Və yaxud, rəsmi mənbələrdə buna dair bir açıqlama olubmu? Yox! Demək süni ittiham sübutları ilə təfəkkürləri səfərbər etmək yersiz olduğu qədər, emosional təsiri bağışlayır. Mənimsəmədən danışılır, amma gətirilən sitat faktlara, dəlillərə, sübutlara əsaslanmır. Yəni, Ədalət Babayevə qarşı irəli sürülən ittiham sübutları quru palçığın divara yapışmayacağı təsiri qədər əvvəlcədən təsəvvür yaradır. Müasir gündəliyimizdə statistik rəqəmlərə istinad edilmir, illuziyalara, yerli-yersiz Ədalət Babayevi tənqid yolu tutulur.


Eləcə də, Ədalət Babayev yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə köməklik göstərməməkdə ittiham olunur. Düzdür, bəzi rayonların suvarma idarələrində belə hallara rast gəlinir. Bu ən çox icra başçılarının əkin sahələrinə məxsus olduğu rayonlarda müşahidə edilir. Amma söhbət Biləsuvardan gedirsə, burada yanlış təsəvvürün başlıca meyara əsaslanmadığı bəri başdan sezilir. Niyə? Ona görə ki, Biləsuvar SSİ suvarma suyunu iki mənbədən götürüb fermerləri su ilə təmin edir. Bu başlıca mənbə Biləsuvar rayonu Əzizbəyov adına kanalı İstismarı İdarəsidir. Bu kanalın verdiyi su vasitəsilə rayonun 55 faizə yaxın əkin torpaq sahələri suvarılır. Yay aylarında olur ki, kanalda suyun səviyyəsi aşağı düşür və yaxud kanalda 10-15 gün su olmur. Həmin təqvim də isti yay günlərində suya tələbatın çox olduğu ərəfəyə təsadüf edir.Bu təqdirdə, müəyyən ziddiyyətlər, narazılıqlar yaranır. Sual olunur, bu o deməkdirmi ki, Ədalət Babayev fermerlərə su vermir? Bu halda hakim məntiqdən hasil olunan qənaət deyir ki, 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilməsinə görə, Ədalət Babayevi bu konteksdən tənqid etmək, haqqında "ümumiləşmə" aparmaq qeyri-səmimiyyətdən qaynaqlanan anonim şayələrə kimlərisə inandırmaqdır. Deməli, digər mətbuat orqanlarından istinadla gətirilən süni ittiham sübutlarının həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu arada onu da qeyd edək ki, məqalədə Ədalət Babayev zənn edilən şəklin özü belə haqqında söhbət gedən şəxsə aidiyyatı olmadığı qədər, orada qeyd edilən fikirlər də ideya sabitliyini qorumur.

 Qaldı, Ədalət Babayevin suyu balıqçılıqla məşğul olan sahibkarlara verməsinə, bu işlərə Məşədi Kazımın nəzarət etməsinə, əmək haqqı kartlarının Məşədi Kazımda olmasına, işçilərin isə Dağıstanda, Dərbənddə və digər yerlərdə işləməsinə və idarə rəisinin mülklərə, obyektlərə sahib olması və s. qənaətinin də həqiqətlə əlaqəsi olsaydı,yəqin ki, bu iddialara Dövlət Su Ehtiyatları Agentliyi "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən bir aydınlıq gətirilərdi.Necə də olsa orada 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilən bir şəxsi qanunlardan üstün tutmazdılar.

Lakin, bəri başdan qeyd etmək olar ki, ilin günün bu vaxtı ağlı başında olan heç bir idarə rəisi Dağıstanda, Dərbənddə işləyən şəxslərin məvacib kartının məsuliyyətini üzərinə götürməz. Niyə? Birincisi ona görə ki, Maliyyə Nazirliyi tərəfindən ştat vahidlərinə son illərdə ciddi fikir verilir. Bu təftişçi və ya nəzarətedici dövlət orqanlarının açıqlamalarında da yer alır. Digər tərəfdən, belə faktlar aşkarlandıqda artıq hüquq-mühafizə orqanlarına müraciət edilir. Adamın bu mənada neçə illərdi ki, rəsmi dövlət orqanları tərəfindən mənfi bir məlumatda adına rast gəlinməyib.

Bu təqdirdə, 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilməsinə görə, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Babayev Ədalət Rəşid oğlunu tənqid etmək nə dərəcədə doğrudur? Yəni, SSİ rəisinin məhdud imkanlarla çox işlər gördüyünün, suvarma suyunu düzgün idarə etdiyinin fərqinə varılmamalı idi?!


Qayət insan üçün ən gözəl xəzinə onun qəlbidir, o qəlb ki,yeri gəldikdə orada şəxsi istəkləri cilovlamaq, sağlam hislərin tabutuna sonuncu mıxı vurmamaq gərəkdir.

Faktinfo.az


Ədalət Babayev 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilməməli idi ki?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi