Ekoloq nazir Muxtar Babayevə səsləndi:

Ekoloq nazir Muxtar Babayevə səsləndi: “Meşələr qırılır, hara baxırsan? Vecinə də almır...”

“Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin fəaliyyəti sıfırdır. Əvvəlki nazir Hüseyqulu Bağırovun dövründə iş gedirdi, indi isə deyil.

 Bütün işləri yerli icra hakimiyyətlərinin, bələdiyyələrin boynuna atıblar. Sən dövlətin nümayəndəsisən, Ekologiya və Təbii Sərvətlər Nazirliyisən. Meşələr qırılır, dağıdılır, sən hara baxırsan? Vecinə də almır. Belə çıxır ki, Muxtar Babayevi vəzifəyə qoyanda tapşırıblar ki, “regionlara müdaxilə etmə, bu, sənlik deyil”. Muxtar Babayev, deyərdim, özü insan adamdır. Ancaq inandırım sizi, bu dövrdə onun-bunun sifarişi ilə işləmədinsə, qalırsan ac-yalavac”.

 

Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a tanınmış ekoloq-alim Telman Zeynalov son zamanlar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin fəaliyyəti ilə bağlı artan narazılıqlar barədə danışarkən deyib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyində QHT kimi ətraf mühit üzrə ekspert idim. Gördüm alınmır, son dövrlər iştirak etmədim. Hüseynqulu Bağırov iş görürdü. İqlimlə əlaqədar bütün elmi ocaqları, mütəxəssisləri televiziya kanallarında birbaşa mənimlə toqquşdururdu. Onların və bir alim kimi mənim dediklərimi qarşılaşdırırdı. Görürdü ki, tamamilə başqa-başqa fikirlərdir. Ona görə də qadağan etdilər ki, Telman Zeynalovu efirə buraxmasınlar. Reallıq var, birbaşa reallığı demək lazımdır”, - ekoloq qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi