Əkrəm İmamoğlu:"Fürsət olarsa, Ərdoğanı qucaqlayacam"

Əkrəm İmamoğlu:"Fürsət olarsa, Ərdoğanı qucaqlayacam" 

“Əlbəttə, həyəcanlıyam, amma bu həyəcanım ağılımın önünə keçə bilməz. Məsuliyyətimin fərqindəyəm”.

Bunu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, “AKP-dən təbrik aldınızmı?” sualına “Buradakı rəsmi telefonlardan gəlmədi, cib telefonuma isə hələ baxmamışam”, – deyə cavab verib.

Jurnalistlərdən birinin “Cənab Ərdoğan İstanbula gələcək. Onu qarşılayacaqsız?” sualına isə İmamoğlu belə cavab verib: “Vəzifəm nəyi tələb edirsə, onu da edərəm. Bundan kimsənin şübhəsi olmasın. Əl tutub görüşməklə yanaşı, fürsətimiz olarsa, qucaqlaşarıq. Biz bu şəhəri barışdırmağa gəlirik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi