Eldar Əzizovdan ilk həmlə-

Eldar Əzizovdan ilk həmlə- Nizami rayonunda "kafeləşdirmə”nin qarşısı alındı

Nizami rayon sakinlərinin ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya şikayətindən sonra ağacların kütləvi şəkildə kəsilməsinin qarşısı alınıb.

Faktinfo.az xəbər verir ki,Qara qarayev metrostansiyasının üstündə uzunluğu 50,eni isə 10 metr olan "obyekt"in tikintisi dayandırılıb.

Məlumat üçün  bildirək ki, Qara qarayev 3042, Qara qarayev 3467 ünvanlarında yaşayan sakinlərin Bakupost.az-a verdiyi xəbərə  görə, ərazidə ağaclar qırılaraq, yerində obyekt tikilməyə başlanılmışdı. Sakinlər yaşıllığın məhv edilərək "daşlaşdırılması”na etiraz etmişdilər.Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən isə bildirilmişdi  ki, sözügedən ərazidə tikintinin aparılması üçün icazə alınıb.

Onu da qeyd edək ki,Nizami rayonu Qara qarayev prospekti və digər ərazilərdə yaşıllıqların qırılması hesabına son iki ildə yüzlərlə "obyekt" tikilib.

Faktinfo.az

Eldar Əzizovdan ilk həmlə-Eldar Əzizovdan ilk həmlə-Eldar Əzizovdan ilk həmlə-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi